Özbəkistan vətəndaşlarının yanvarda ən çox səyahət etdiyi ölkələrdən biri Azərbaycandır

Özbəkistan vətəndaşlarının yanvarda ən çox səyahət etdiyi ölkələrdən biri Azərbaycandır

Bu ilin yanvar ayında 1 900 Özbəkistan vətəndaşı Azərbaycana səfər edib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Özbəkistanın Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, yanvarda 468 mindən çox Özbəkistan vətəndaşı turizm məqsədilə xarici ölkələrə səfər edib.

Onların 204,5 mini Qırğızıstana səyahət edib. İkinci sırada Tacikistan qərarlaşıb.Ötən ay 101,9 min özbəkistanlı bu ölkərə səfər edib.

İlk üçlüyü digər Mərkəzi Asiya ölkəsi - Qazaxıstan qapadır. Bu ölkəyə 71,9 min Özbəkistan vətəndaşı səyahət edib.

Növbəti yerləri Səudiyyə Ərəbistanı (25,9 min), Birləşmiş Ərəb Əmirlikləri (13 min), Türkiyə (11,4 min), Küveyt (3,2 min), Misir (2,7 min), Tailand (2,5 min), Hindistan (1,8 min) tutublar.