Təcridxanaya dolmanın içərisində narkotik keçirməyə cəhd edilib - FOTO

Təcridxanaya dolmanın içərisində narkotik keçirməyə cəhd edilib - FOTO

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.

APA Penitensiar xidmətə istinadən xəbər verir ki, həbs olunmuş şəxs Əşrəf Vüqar oğlu Əşrəfliyə qardaşı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman oradakı dolmaların içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 2,070 qram marixuana aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.