Azərbaycan yanvarda “OPEC+” kvotasından 81 min barel geri qalıb - PROQNOZ

Azərbaycan yanvarda “OPEC+” kvotasından 81 min barel geri qalıb -  PROQNOZ

Cari ilin yanvar ayında Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 470 min barel səviyyəsində olub.

Bu barədə “APA-Economics” Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatına istinadən xəbər verir.

Agentliyin qiymətləndirməsinə görə, ötən ilin dekabrında Azərbaycanda neft hasilatı 480 min barel təşkil edib.

Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) əməkdaşlığı çərçivəsində 2024-cü il üçün Azərbaycanın gündəlik xam neft hasilatı üzrə kvotası 551 min bareldir.

Beləliklə, Azərbaycan yanvar ayında "OPEC+" çərçivəsində kvotasından 81 min barel geridə qalıb.

Azərbaycan Respublikası Energetika Nazirliyinin məlumatına görə, ötən ilin dekabrında Azərbaycanda gündəlik xam neft hasilatı 482 min barel təşkil edib və ölkə bu dövrdə "OPEC+" çərçivəsində kvotasından 202 min barel geridə qalıb.