Yataqxanada tələbə yoldaşını öldürməkdə təqsirləndirilən yeniyetmə 19 il həbsə məhkum edilib

Yataqxanada tələbə yoldaşını öldürməkdə təqsirləndirilən yeniyetmə 19 il həbsə məhkum edilib

Bakıda yataqxanada tələbə yoldaşını öldürməkdə təqsirləndirilən Rəşad Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Birxeber.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib. Hökmə əsasən, təqsirləndirilən Rəşad Muxtarov 19 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror təqsirləndirilən şəxsin 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə ötən il fevralın 8-də Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin yataqxanasında qeydə alınıb. 2002-ci il təvəllüdlü Əliəkbər Mərəyev adı çəkilən təhsil müəssisəsinin tələbəsi, 2007-ci il təvəllüdlü otaq yoldaşı Rəşad Muxtarov tərəfindən bıçaqlanaraq ölüb.

Rəşad Muxtarova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi üzrə ittiham irəli sürülüb.