Aeroportların təhlükəsizlik zonalarında binaların yerləşdirilməsinə razılıq verilməsi qaydası hazırlanacaq

Aeroportların təhlükəsizlik zonalarında binaların yerləşdirilməsinə razılıq verilməsi qaydası hazırlanacaq

Hava limanları və aerodromların təhlükəsizlik zonalarında binaların, qurğuların və obyektlərin yerləşdirilməsinə razılıq verilməsi qaydası hazırlanacaq.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Aviasiya haqqında” qanunun tətbiqi barədə fərmanında əksini tapıb.

Nazirlər Kabineti 9 ay müddətində hava limanları və aerodromların təhlükəsizlik zonalarında binaların, qurğuların və obyektlərin yerləşdirilməsinə razılıq verilməsi qaydasını hazırlamalıdır.