Birxeber.az / Aeroportların təhlükəsizlik zonalarında binaların yerləşdirilməsinə razılıq verilməsi qaydası hazırlanacaq

Aeroportların təhlükəsizlik zonalarında binaların yerləşdirilməsinə razılıq verilməsi qaydası hazırlanacaq

15-02-2024, 13:50

Hava limanları və aerodromların təhlükəsizlik zonalarında binaların, qurğuların və obyektlərin yerləşdirilməsinə razılıq verilməsi qaydası hazırlanacaq.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Aviasiya haqqında” qanunun tətbiqi barədə fərmanında əksini tapıb.

Nazirlər Kabineti 9 ay müddətində hava limanları və aerodromların təhlükəsizlik zonalarında binaların, qurğuların və obyektlərin yerləşdirilməsinə razılıq verilməsi qaydasını hazırlamalıdır.

Geri qayıt