Azad edilmiş ərazidə qadın minaaxtaranların fəaliyyəti ilə bağlı media-tur təşkil olunub - FOTO

Azad edilmiş ərazidə qadın minaaxtaranların fəaliyyəti ilə bağlı media-tur təşkil olunub - FOTO

Minatəmizləmə əməliyyatlarına cəlb olunan qadın minaaxtaranların fəaliyyətinin işıqlandırılması məqsədilə Ağdam rayonunun işğaldan azad edilmiş Nəmirli kəndi ərazisinə media-tur təşkil olunub.

Birxeber.Az-nın Qarabağ bürosu xəbər verir ki, əvvəlcə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Tərtər şəhərindəki Peşə Təlim Mərkəzində məlumatlandırma görüşü keçirilib.

BAMF-ın prezidenti Umud Mirzəyev qadın minaaxtaranlar layihəsi haqqında məlumat verib.

BAMF-ın nümayəndsi Ruslan İbrahimbəyli media nümayəndələrinə partlayıcı sursatların təhlükəsinə dair məlumat verib.

Diqqətə çatdırılıb ki, 2020-ci il noyabrın 10-dan 2024-cü il fevralın 14-dək 345 nəfər mina qurbanı vardır, onlardan 280 nəfər xəsarət alıb, 65 nəfər həlak olub.