Naxçıvanın idxalı və ixracı artıb

Naxçıvanın idxalı və ixracı artıb

2023-cü ildə Dövlət Gömrük Komitəsinin (DGK) Naxçıvan Baş Gömrük İdarəsi 130,9 milyon ABŞ dolları dəyərində idxal, 14,6 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatlarını dövlət qeydiyyatına alıb.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə idarənin illik hesabatında bildirilir.

Sənədə əsasən, 2022-ci illə müqayisədə idxalın dəyəri 2 dəfə, ixracın dəyəri isə 2,5 dəfə artıb.

Naxçıvana idxal əsasən Türkiyə, İran, Çin, Almaniya və Braziliyadan, Naxçıvandan ixrac isə əsasən Rusiya, Gürcüstan, Yəmən, Türkiyə və İrana həyata keçirilib.

Muxtar respublikadan xarici bazarlara əsasən siqaret, ərzaq məhsulları, tikinti materialları və elektrik enerjisi çıxarılıb.