Azərbaycan ixracatçılarının nəqliyyat problemlərinin həlli müzakirə edilib

Azərbaycan ixracatçılarının nəqliyyat problemlərinin həlli müzakirə edilib

Azərbaycan ixracatçılarının yeni bazarlara çıxışı prosesində yaranan nəqliyyat problemlərinin həlli müzakirə edilib.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) “Report”a verilən məlumata görə, bu barədə müzakirələr "Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyası" İctimai Birliyinin nümayəndələri ilə ixracatçılar arasında keçirilən görüşdə aparılıb.

Görüşə hər iki tərəfdən ümumilikdə 50-yə qədər iştirakçı qatılıb.

Tədbirdə nəqliyyat-ekspeditor xidmətləri sahəsində ixracatçıları maraqlandıran məsələlər, habelə ixracın diversifikasiyası məqsədilə yeni bazarlara çıxış prosesində yaranan nəqliyyat problemlərinin həllinə dair fikir mübadiləsi aparılıb. Bundan başqa, dəniz yolu ilə malların nəqli, o cümlədən tez xarab olan məhsulların Avropa bazarlarına sürətli çatdırılması məsələləri müzakirə olunub.