Konqoda yük maşını dərəyə aşıb, 18 nəfər ölüb, onlarla insan xəsarət alıb

Konqoda yük maşını dərəyə aşıb, 18 nəfər ölüb, onlarla insan xəsarət alıb

Konqo Demokratik Respublikasında sərnişinləri daşıyan yük maşınının dərəyə düşməsi nəticəsində 18 nəfər ölüb, daha 21 nəfər yaralanıb.

"Report"un məlumatına görə, bu barədə AP agentliyi yerli hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, yük maşınının sürücüsü Konqonun cənub-qərbində Kasanqulu şəhəri yaxınlığında magistral yolda yüksək sürətlə hərəkət edərkən idarəetməni itirib.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb, bəzilərinin vəziyyəti ağırdır.