Birxeber.az / Konqoda yük maşını dərəyə aşıb, 18 nəfər ölüb, onlarla insan xəsarət alıb

Konqoda yük maşını dərəyə aşıb, 18 nəfər ölüb, onlarla insan xəsarət alıb

22-01-2024, 23:40

Konqo Demokratik Respublikasında sərnişinləri daşıyan yük maşınının dərəyə düşməsi nəticəsində 18 nəfər ölüb, daha 21 nəfər yaralanıb.

"Report"un məlumatına görə, bu barədə AP agentliyi yerli hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, yük maşınının sürücüsü Konqonun cənub-qərbində Kasanqulu şəhəri yaxınlığında magistral yolda yüksək sürətlə hərəkət edərkən idarəetməni itirib.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb, bəzilərinin vəziyyəti ağırdır.

Geri qayıt