Türkiyə BMM İsveçin NATO-ya üzvlüyünə dair sənədin ratifikasiyasını müzakirə edəcək
Türkiyə Böyük Millət Məclisi sabah İsveçin NATO-ya üzvlüyünə dair sənədin ratifikasiyasını müzakirə edəcək.
Birxeber.Az-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə yerli mətbuat məlumat yayıb.
Xatırladaq ki, İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokolu yalnız Macarıstan və Türkiyə parlamentləri ratifikasiya etməyib. Türkiyə bunun üçün Stokholmdan terrorla mübarizə barədə yenilənmiş qanunun praktikada tətbiqini tələb edir.