Almaniyada Avropa Parlamentinə keçiriləcək seçkilərə namizəd döyülüb

Almaniyada Avropa Parlamentinə keçiriləcək seçkilərə namizəd döyülüb

Almaniyada Avropa Parlamentinə keçiriləcək seçkilərə namizəd siyasətçi döyülüb.
APA "Spiegel"ə istinadən xəbər verir ki, Almaniya Kansleri Olaf Şoltsun partiyası SPD-dən olan əsas namizəd Matthias Ecke mayın 3-də Drezdendə hücuma məruz qalıb.

Bu barədə SPD-nin Saksoniyadakı departamenti məlumat yayıb, Saksoniya əyalətinin Daxili İşlər Nazirliyi də faktı təsdiqləyib.
Partiyanın yaydığı məlumata görə, qarşıdan gələn Avropa seçkilərində Sosial Demokratların əsas namizədi kimi iştirak edən 41 yaşlı Matthias Ecke "Drezden-Striesen" küçəsində posterlər yerləşdirərkən hücuma məruz qalıb. O, xəstəxanaya yerləşdirilib və əməliyyat olunmalıdır.

"Spiegel"in məlumatına görə, Eckenin üzündə sümüklər sınıb və bazar ertəsi əməliyyat olunacaq.