Rusiya Xarkovu atəşə tutub, ölən və yaralanan var

Rusiya Xarkovu atəşə tutub, ölən və yaralanan var

Rusiya qoşunları Ukraynanın Xarkov vilayətinin Kupyansk şəhərini atəşə tutub.

“Report” xəbər verir ki, bu barədə Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov teleqramda yazıb.

O bildirib ki, hücum nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər isə yaralanıb.

O.Sinequbovun sözlərinə görə, mülki avtomobil yanıb. Həmçinin ətrafdakı yaşayış binası və mağazaya da ziyan dəyib.

Xilasetmə xidmətləri fəsadların aradan qaldırılması üçün yerində işləyir.