ABŞ institutu: Vaşinqtonun son hərbi yardımı Ukraynaya ərazilərini azad etmək üçün kifayət etməyə bilər

ABŞ institutu: Vaşinqtonun son hərbi yardımı Ukraynaya ərazilərini azad etmək üçün kifayət etməyə bilər

Rəsmi Vaşinqtonun son hərbi yardımı Ukraynaya işğal altındakı bütün ərazilərini azad etmək üçün kifayət etməyə bilər.

“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Qeyd olunub ki, ABŞ rəsmiləri də bundan narahatdırlar: “Bu hərbi yardım Ukraynanın hazırda ehtiyac duyduğu yardımın yalnız bir hissəsidir. ABŞ rəsmilərindən biri bəyan edib ki, sözügedən hərbi yardımın məqsədi rəsmi Kiyevin itkilərini dayandırmaq və Ukraynaya müəyyən uğurlar əldə etməyə kömək etməkdir”.

Hesabatda yazılıb ki, Ukraynanın işğal altındakı əraziləri azad etməsi təkcə hərbi yardımdan yox, həm də qoşunların yenidən qruplaşdırılmasından asılıdır: “Rusiya qüvvələri, ehtimal ki, qarşıdakı həftələrdə taktiki nailiyyətlər əldə etmək üçün cəbhənin müəyyən istiqamətlərində hücum əməliyyatlarını gücləndirəcək”.

Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yardım üçün 61 milyard dolların ayrılmasını təsdiqləyib. ABŞ Prezidenti Cozep Bayden isə aprelin 24-də hərbi yardım haqqında qanunu imzalayıb.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb.