Birxeber.az / Rusiya Xarkovu atəşə tutub, ölən və yaralanan var

Rusiya Xarkovu atəşə tutub, ölən və yaralanan var

22-01-2024, 20:40

Rusiya qoşunları Ukraynanın Xarkov vilayətinin Kupyansk şəhərini atəşə tutub.

“Report” xəbər verir ki, bu barədə Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov teleqramda yazıb.

O bildirib ki, hücum nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər isə yaralanıb.

O.Sinequbovun sözlərinə görə, mülki avtomobil yanıb. Həmçinin ətrafdakı yaşayış binası və mağazaya da ziyan dəyib.

Xilasetmə xidmətləri fəsadların aradan qaldırılması üçün yerində işləyir.

Geri qayıt