Azərbaycandan keçən nəqliyyat dəhlizlərindən 33 mln. tona yaxın yük daşınıb
Ötən il Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 32 805,9 min ton olub.
Dövlət Statistika Komitəsindən “Birxeber.Az-Economics”ə verilən məlumata görə, tüklərin 14 759,3 min tonu və ya 45%-i dəmir yolu nəqliyyatı, 9 553,8 min tonu və ya 29,1%-i avtomobil nəqliyyatı, 8 492,8 min tonu və ya 25,9%-i dəniz nəqliyyatı ilə daşınıb.
Məlumata görə, dəhlizlər vasitəsilə daşınmış yüklərin 56,8%-i və ya 18640,4 min tonunu tranzit yüklər təşkil edib.