Göygöldə Avropa Kuboku başa çatıb, Azərbaycan millisi birinci olub

Göygöldə Avropa Kuboku başa çatıb, Azərbaycan millisi birinci olub

Göygöldə yyeniyetmələr arasında cüdo üzrə Avropa Kubokuna yekun vurulub.

"Report"un məlumatına görə, Azərbaycan millisi yarışı 14 medalla başa vurub.

Komandamız 4 qızıl, 1 gümüş və 9 bürünc mükafata sahib çıxıb.

Bu gün Mehdi Abbasov (81 kq), Sübhan Axundov (+90 kq) qızıl, Cəsur İbadlı (81 kq) və Hüseyn Eyvazlı (90 kq) bürünc medal qazanıblar.

Yekunda Azərbaycan yığması beynəlxalq turnirin qalibi olub. Fransa (2-4-4) 2-ci, Türkiyə (1-3-0) isə 3-cü yeri tutub.

Qeyd edək ki, turnirdə 14 ölkədən 323 cüdoçu mübarizə aparıb.