Nazir: Xalçaçılığın milli iqtisadiyyatda mövqeyinin möhkəmlənməsi dövlət tərəfindən daim dəstəklənir

Nazir: Xalçaçılığın milli iqtisadiyyatda mövqeyinin möhkəmlənməsi dövlət tərəfindən daim dəstəklənir

Xalçaçılığın milli iqtisadiyyatda mövqeyinin möhkəmlənməsi dövlət tərəfindən daim dəstəklənir.

"Birxeber.Az" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkə hesabında yazıb.

“Mədəni irsimiz olan xalçaçılıq sənətinin nümunələri zəngin məzmunu ilə xalqımızın tarixini, mənəvi dəyərlərini və ənənələrini əks etdirir. Xalçaçı Günü münasibətilə bu dəyərli sənət sahiblərinə təbriklərimizi çatdırır, firavanlıq və işlərində uğurlar arzulayırıq”, - paylaşımda vurğulanır.

Qeyd edək ki, mayın 5-i Azərbaycanda “Xalçaçı Günü” kimi qeyd olunur.