Gürcüstan ATƏT/DTİHB nümayəndələrini seçkiləri müşahidə etməyə çağırıb

Gürcüstan ATƏT/DTİHB nümayəndələrini seçkiləri müşahidə etməyə çağırıb

Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) qarşıdan gələn parlament seçkilərinə müşahidəçilər dəvət etmək məqsədilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) direktoru Matteo Mekaççiyə məktub göndərib.

“Birxeber.Az” “Sputnik-Georgia”ya istinadən xəbər verir ki, bu barədə XİN-in məlumatında deyilir.

“Qeyd edilib ki, hakimiyyətin məqsədi beynəlxalq standartlara və qabaqcıl Avropanın demokratik təcrübələrinə uyğun şəffaf, azad və ədalətli seçkilər keçirməkdir. Bu səbəbdən Gürcüstan hökuməti ATƏT/DTİHB nümayəndələrini 2024-cü ildə ölkədə keçiriləcək parlament seçkilərini müşahidə etməyə çağırır”, - məlumatda bildirilib.

Məktubda vurğulanıb ki, Gürcüstan müşahidəçilərin öz funksiyalarını səmərəli yerinə yetirməsinə mümkün qədər kömək etməyə hazırdır.

Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçiriləcək.