Sumqayıtda evdə partlayış olub, xəsarət alan var

Sumqayıtda evdə partlayış olub, xəsarət alan var

Sumqayıt şəhərinin Corat qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin birində partlayış olub.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə zamanı şəhər sakini, 2006-cı il təvəllüdlü Əlizadə İsmayıl Zabit oğlu termik yanıq xəsarətləri alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisənin qaz sızması nəticəsində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.