Ötən ay İçərişəhər və Qala qoruqlarını ziyarət edən əcnəbilərin sayı açıqlanıb

Ötən ay İçərişəhər və Qala qoruqlarını ziyarət edən əcnəbilərin sayı açıqlanıb

Bu ilin yanvar ayında İçərişəhər (Qız qalası və Şirvanşahlar Sarayı Kompleksi) və Qala qoruqlarını 84 ölkədən 5 381 nəfər ziyarət edib.

"Birxeber.Az" xəbər verir ki, bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat yayıb.

Bildirilib ki, Qız Qalası və Şirvanşahlar Kompleksini 30,51 faiz Rusiya, 16,88 faiz Hindistan, 8.85 faiz Türkiyə, 43,76 faiz digər ölkələr, “Qala” Dövlət Tarix Etnoqrafiya Qoruğunu isə 49,33 faiz Rusiya, 35,91 faiz BƏƏ, 5,37 faiz Türkiyə və 9,39 faiz digər ölkələrin vətəndaşları ziyarət ediblər.