HAMAS: İsrailin Rəfahdakı əməliyyatı danışıqların pozulması demək olacaq

HAMAS: İsrailin Rəfahdakı əməliyyatı danışıqların pozulması demək olacaq

İsrailin Qəzza zolağının cənubundakı Rəfah şəhərində hər hansı hərbi əməliyyatı atəşkəs və girovların fələstinli məhbuslarla dəyişdirilməsi ilə bağlı danışıqların pozulması demək olacaq.

APA xəbər verir ki, bu barədə Fələstinin HAMAS hərəkatının nəzarətində olan Əqsa telekanalı radikal təşkilatın liderlərindən birinə istinadən məlumat yayıb.

“İsrail ordusunun Rəfah şəhərinə hər hansı hücumu danışıqlar prosesini pozacaq”, - HAMAS-ın adının açıqlanmayan rəsmisi deyib. Onun sözlərinə görə, İsrailin baş naziri Benyamin Netanyahu hazırda girovların məhbuslarla dəyişdirilməsi üzrə “sövdələşmənin həyata keçirilməsi üzrə öhdəliklərdən yayınmağa çalışır” və bu məqsədlə Rəfahda hərbi əməliyyata başlaya bilər.