Prezident "Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında" sərəncam imzalayıb

Prezident "Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında" sərəncam imzalayıb

Prezident İlham Əliyev "Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında" sərəncam imzalayıb.

"Birxeber"un xəbərinə görə, sərəncamda deyilir:

"2022-ci ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair və dramaturq Hüseyn Cavidin (Hüseyn Abdulla oğlu Rasizadənin) anadan olmasının 140 ili tamam olur.

Hüseyn Cavid fəlsəfi müdrikliyin və bədii kamilliyin ahəngdar vəhdətini dolğun təcəssüm etdirən yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə işıqlı səhifələr yazmışdır. O, bütün ədəbi fəaliyyəti boyu həqiqəti, insanpərvərliyi və gözəlliyi tərənnüm etmişdir. Şərq poetik fikri zəminində yüksələn və dünya romantizm ənənələrindən uğurla bəhrələnən filosof-şair Azərbaycan poeziyasında fəlsəfi lirikanın dəyərli nümunələrini meydana gətirmişdir. Qüdrətli sənətkar humanist ideallar uğrunda mübarizəyə səsləyən mənzum faciələri və tarixi dramları ilə Azərbaycan dramaturgiyasında yeni mərhələnin təməlini qoymuşdur. Parlaq xarakterlərlə zəngin olub, bir neçə nəslin estetik zövqünü formalaşdıran və ölkəmizdə teatr mədəniyyətinə yeni nailiyyətlər qazandıran bu dramaturgiya milli teatr salnaməsində “Cavid teatrı” kimi özünəməxsus layiqli yer tutur. Cavid irsi Azərbaycan ədəbiyyatının qızıl fonduna həmişəlik daxil olmuşdur.

Hüseyn Cavid sovet rejiminin ən sərt təzyiqləri şəraitində belə, mənən sarsılmayaraq şəxsiyyətinin bütövlüyünü ləyaqətlə qorumuşdur. Ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Cavidin nəşinin 40 il öncə uzaq Sibirdən vətəninə gətirilməsi və məzarı üzərində məqbərənin ucaldılması adı sovet totalitarizminin günahsız qurbanlarının rəmzinə çevrilmiş sənətkarın və 1930-cu illərdə repressiyalara uğramış Azərbaycan ziyalılarının xatirəsinə ehtiramın ifadəsidir".

Sərəncama əsasən, Mədəniyyət Nazirliyinə Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə mütəfəkkir şair və dramaturq Hüseyn Cavidin 140 illiyinə dair tədbirlər planını hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Daxili siyasət Daxili siyasət
Göyçayda Novruz bayramı münasibətilə şəhid ailələri və qazilər ziyarət olunub

Göyçayda Novruz bayramı münasibətilə şəhid ailələri və qazilər ziyarət olunub

Daxili siyasət Daxili siyasət
DTX Zəfər Günü münasibətilə videoçarx hazırlayıb

DTX Zəfər Günü münasibətilə videoçarx hazırlayıb

Daxili siyasət Daxili siyasət
Göygöl RİH-in əməkdaşı yaş həddi ilə bağlı təqaüdə göndərilib

Göygöl RİH-in əməkdaşı yaş həddi ilə bağlı təqaüdə göndərilib

Daxili siyasət Daxili siyasət
İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Daxili siyasət Daxili siyasət
Prezident: "Qisas" əməliyyatı Ermənistana bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz"

Prezident: "Qisas" əməliyyatı Ermənistana bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz"

Daxili siyasət Daxili siyasət
Naxçıvanda Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunan konfrans keçirilib - YENİLƏNİB

Naxçıvanda Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunan konfrans keçirilib - YENİLƏNİB

Daxili siyasət Daxili siyasət
MSK-nın yeni strukturu məlum olub

MSK-nın yeni strukturu məlum olub

Daxili siyasət Daxili siyasət
Naxçıvanın Ombudsmanı məhkum qadınlarla görüşüb

Naxçıvanın Ombudsmanı məhkum qadınlarla görüşüb

Daxili siyasət Daxili siyasət
Dövlət başçısı Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi ilə tanış olub - YENİLƏNİB

Dövlət başçısı Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi ilə tanış olub - YENİLƏNİB

Daxili siyasət Daxili siyasət
Məsim Məmmədov Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib

Məsim Məmmədov Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib

Daxili siyasət Daxili siyasət
Vüqar Rəhimzadə: "Prezident Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsinin yol xəritəsini təqdim etdi"

Vüqar Rəhimzadə: "Prezident Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsinin yol xəritəsini təqdim etdi"

Daxili siyasət Daxili siyasət
XİN QHT-lərə tövsiyələr verib

XİN QHT-lərə tövsiyələr verib