Abşeronda 60 yaşlı qadın yıxılaraq ölüb

Abşeronda 60 yaşlı qadın yıxılaraq ölüb

Abşeronda 60 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb.

APA xəbər verir ki, Xırdalan şəhər sakini, 1964-cü il təvəllüdlü Fərqanə Quliyevə evinin həyətində yıxılıb. Bu zaman onun başı daşa dəyib. Nəticədə qadın hadisə yerində ölüb.

Araşdırma aparılır.