Ötən gün polisə 8 tüfəng könüllü təhvil verilib

Ötən gün polisə 8 tüfəng könüllü təhvil verilib

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirirlər.

Bu barədə "Birxeber.Az"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, fevralın 9-da polis əməkdaşları tərəfindən paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 ədəd müxtəlif markalı tüfəng aşkar edilərək götürülüb.