Rusiya səfiri: "Türkiyə ilə ticarət xeyli mürəkkəbləşib"

Rusiya səfiri: "Türkiyə ilə ticarət xeyli mürəkkəbləşib"

Rusiya ilə Türkiyə arasında ticarət sahəsində yaranan çətinliklərin səbəbləri açıqlanıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Rusiyanın Ankaradakı səfiri Aleksey Erxov “RİA Novosti”yə müsahibəsində deyib.

O bildirib ki, hazırda iki ölkə arasında ticarət xeyli mürəkkəbləşib.

Diplomat buna səbəb kimi ABŞ-nin sanksiyalarını göstərib.

Səfirin sözlərinə görə, sanksiyalar rejiminin sərtləşdirilməsi ticarətdə ciddi çətinliklər yaradıb.