Slovakiyada Avropa Parlamentinə deputat seçkiləri iyunun 8-nə təyin edilib

Slovakiyada Avropa Parlamentinə deputat seçkiləri iyunun 8-nə təyin edilib

Slovakiya Milli Şurasının (parlamentinin) sədri Peter Pelleqrini ölkədən Avropa Parlamentinə deputat seçkilərini 2024-cü il iyunun 8-nə təyin edib.

“Report” xəbər verir ki, bu barədə Slovakiya radiosu məlumat yayıb.

Avropa Parlamentinə seçkilər Slovakiyada, demək olar ki, digər Aİ ölkələrində onun deputatlarının seçkiləri ilə eyni vaxtda keçiriləcək.

Qeyd edək ki, Slovakiyanın bu orqanda 15 yeri var. Avropa parlamentarilərinin səlahiyyət müddəti beş il müəyyən edilib.