"Qarabağ"ın rəqibi cinah müdafiəçisinin sözləşməsinin müddətini uzadıb

"Qarabağ"ın rəqibi cinah müdafiəçisinin sözləşməsinin müddətini uzadıb

"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Braqa" futbolçusu Fransisko Çissumba ilə müqavilənin müddətini uzadıb.

"Birxeber.Az" Portuqaliya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 18 yaşlı sol cinah müdafiəçisinin yeni sözləşməsi 2028-ci ilin yayına qədər qüvvədə olacaq.

Çissumba Portuqaliyanın U-19 millisinin də formasını geyinir.

Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında matçlar fevralın 15-də və 22-də keçiriləcək.