Rusiyanın Azərbaycandakı səfiri Başqırdıstanın baş nazir müavini ilə regionlararası əməkdaşlığı müzakirə edib

Rusiyanın Azərbaycandakı səfiri Başqırdıstanın baş nazir müavini ilə regionlararası əməkdaşlığı müzakirə edib

Rusiyanın Azərbaycandakı səfiri Mixail Evdokimov Başqırdıstan hökumətinin baş nazirinin müavini İlşat Fəzrəhmanov ilə regionlararası əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

“Aprelin 25-də Rusiyanın Azərbaycandakı səfiri M.N.Yevdokimov Bakıda Rusiya Federasiyasının subyektinin nümayəndə heyətinə rəhbərlik edən Başqırdıstan Respublikası hökumətinin baş nazirinin müavini – kənd təsərrüfatı naziri İ.İ.Fəzrəhmanovu qəbul edib”, – səfirliyin məlumatında diqqətə çatdırılıb.

Bildirilib ki, görüşdə “Rusiya-Azərbaycan müttəfiqlik əməkdaşlığının mühüm tərkib hissəsi kimi regionlararası əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib”.