Naxçıvanda işsizlikdən və icbari tibbi sığorta daxilolmaları 12 % artıb

Naxçıvanda işsizlikdən və icbari tibbi sığorta daxilolmaları 12 % artıb

Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 % artaraq 264 min manat olub.

"Birxeber.Az" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilir ki, son 1 ildə icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 12,1 % artaraq 1,7 milyon manat olub.