Sumqayıtda mübahisə qanla bitib

Sumqayıtda mübahisə qanla bitib

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.

“Birxeber.Az” un yerli bürosu məlumat verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

Sumqayıt şəhər sakinləri, 1990-cı il təvəllüdlü Məmmədov Əlfəddin Rüstəm oğlu ilə 2003-cü il təvəllüdlü Hüseynov Rəvan Rəcəb oğlu arasında mübahisə düşüb.

Nəticədə 21 yaşlı gənc bıçaq xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.