Bu hədiyyələr ilə sevgililər günündə onun ürəyinə toxun - ƏN YAXŞI İDEYALAR

Bu hədiyyələr ilə sevgililər günündə onun ürəyinə toxun  - ƏN YAXŞI İDEYALAR

Sevgililər günü üçün geri sayım başladı. Siz hələ də hədiyyə axtarışlarınızı tamamlaya bilməmisinizsə indi sadalayacağımız təklifləri ən yaxşı şəkildə dəyərləndirin deyirik. Odur ki, onun ürəyinə toxunacaq ən yaxşı hədiyyə ideyaları ilə qarşınızdayıq:

Uzun-uzun danışıqları sevənlər üçün: Bütün özəl günlərdə ən faydalı hədiyyələr siyahısının başında yeni telefon gəlir. Elə biz də öncəliyi smartfona vermişik. Hər büdcəyə uyğun qiymətilə bir çoxlarının seçimi olan Oppo A38 smartfonu funksionallığı ilə də qəlbləri fəth etməyi yaxşı bacarır. 128 GB daxili yaddaş, 6.56" geniş ekran, 50 MP əsas kamera modelin önə çıxan başlıca özəlliklərindəndir. Məhsulun qızılı rəngi həyatınızdakı xanım üçün ideal seçim ola bilər.

“Vaxt qızıldır” aforizminə inanlar üçün: Həm İOS, həm də Android əməliyyat sisteminə uyğun Kieslect Calling Watch KS Pro smart saatı onun güclü biləklərində ən yeni dəbə uyğun tərz yaradacaq. Model 96 saatadək işləmə müddəti, zəng funksiyası, addımölçən və kalorihesablama özəllikləri ilə olduqca unikal hədiyyə variantıdır.

Selfi həvəskarları üçün: Kiçik və yığcam dizaynı ilə ona yanında asanlıqla daşıya biləcəyi INSTAX Mini 12 modelini hədiyyə etməklə xatirələrini istənilən yerdə əbədiləşdirib çap etməyə imkan yaradacaqsınız. Model istifadəsi asan interfeys, avtomatik ekspoziyası tənzimləməsi, flaş və fokuslama funksiyalarını özündə birləşdirir. INSTAX Mini 12-nin ön hissəsində selfi güzgüsü mövcuddur. Bu güzgü selfi çəkərkən özünüzü çərçivəyə salmağı asanlaşdırır və daha yaxşı nəticələr təmin edir.

Qulaqlığı həyatının bir parçası hesab edənlər üçün: Əgər sevgililər günündə həyatınızdakı bəyə qulaqlıq hədiyyə etməyi düşünürsünüzsə, onda düşünməyi bir kənara qoyub qərarınızı SBS blutuz qulaqlığı tərəfindən verin. Məhsul münasib qiyməti ilə seçilib 3.5 saatədək musiqi dinləmə və danışıq imkanı yaradır. Odur ki, ürəyinizdən keçən sözləri romantik mahnılarla ona hədiyyə edə bilərsiniz.

Saçlarını hər şeydən çox sevənlər üçün: Şübhəsiz ki, sevdiyiniz xanım görüşə gələrkən ən çox saçlarına vaxt sərf edir. Ona Rowenta hava feni hədiyyə edib işini asanlaşdıra bilərsiniz. “Rowenta”nın ionlaşma funksiyası saçda elektriklənmənin qarşısını alıb, istifadə zamanı saçın nəmini və parlaqlığını itirməsinə mane olur. Saçı gözəllik salonlarındakı kimi düzləşdirə bilmək üçün modelin hava daraldıcı başlığı da mövcuddur.

İllərdir bərbərini dəyişə bilməyənlər üçün: Söhbət saçdan düşmüşkən bəyləri də unutmadıq. Belə ki, sevgililər günü üçün ən yaxşı seçimlərdən biri də məhz 3 başlıqlı Philips saçqırxanı ola bilər. Çünki, bəylər də, ən az xanımlar qədər saçlarının qayğısına qalır. Modelin paslanmaz poladdan olan ülgücləri hətta 5 illik istifadədən sonra belə ilk günkü qədər iti qalacaq.

Nəzərinizə çatdıraq ki, “Kontakt” mağazalar şəbəkəsində bunun kimi minlərlə faydalı hədiyyə seçimləri mövcuddur. Odur ki, ən yaxşısını almaq üçün fevralın 18-dək şəbəkənin sizə yaxın olan mağazasına yaxınlaşa və nağd alışda 50%-dək endirimli kampaniyadan yararlana bilərsiniz. Ətraflı məlumat üçün *6060 Çağrı Mərkəzinə zəng edin.