TÜRK PA: Azad edilmiş ərazilərdə seçkilərin keçirilməsi tarixi hadisədir

TÜRK PA: Azad edilmiş ərazilərdə seçkilərin keçirilməsi tarixi hadisədir

“Azərbaycanda seçkilər Konstitusiyaya və Seçki Məcəlləsinə uyğun həyata keçirilib. Azərbaycan demokratik seçkilərin keçirilməsi üçün olan sənədləri də dəstəkləyir”.

APA xəbər verir ki, bunu TÜRK PA Müşahidə Missiyasının rəhbəri Osman Mesten Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində aparılan monitorinqin yekunlarına dair brifinqdə deyib.

O bildirib ki, ilk dəfə seçkilər Azərbaycanın bütün ərazilərində keçirilib:

“Heyətimizin bir qismi də azad edilmiş ərazilərdə - Şuşada və Xankəndidə müşahidə aparıb. Azad olunmuş ərazilərdə görülən işlər müşahidə edilib. Azad edilmiş ərazilərdə seçkilərin keçirilməsi tarixi hadisədir. Eyni zamanda, azad edilmiş ərazilərdə seçkilərin keçirilməsi həm Azərbaycan, həm də Türkiyə üçün əlamətdar hadisədir”.