"Rəy" Monitorinq Mərkəzi “exit-poll”un nəticələrini açıqlayıb
"Rəy" Monitorinq Mərkəzi tərəfindən Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı “exit-poll”un nəticələri açıqlanıb.
Birxeber.Az xəbər verir ki, nəticəyə əsasən seçicilərin 92,6 faizi Prezident İlham Əliyevə səs verib.
“Exit-poll” nəticələrinə görə, ümumilikdə namizədlərin topladığı səslərin ardıcıllığı belədir:
1. Prezident İlham Əliyev - 92,6 %
2. Razi Nurullayev - 1,16 %
3. Fuad Əliyev - 0,84 %
4. Fazil Mustafa - 0,58 %
5. Qüdrət Həsənquliyev - 0,46 %
6. Zahid Oruc - 0,37 %
7. Elşad Musayev - 0,11 %
Rəyi soruşulanların 3,15 faizi "exit-poll"da səsvermədən imtina edib.