Goranboyda 104 və 106 yaşlı seçicilər səs veriblər

Goranboyda 104 və 106 yaşlı seçicilər səs veriblər

104 yaşlı Goranboy sakini bu gün keçirilən növbədənkənar prezident seçkilərində səs verib.

APA-nın yerli bürosunun məlumatına görə, rayonun Düzqışlaq kənd sakini, 1920-ci il təvəllüdlü Musayeva Alya Vəli qızının fiziki məhdudiyyəti olduğuna görə, evinə qeydiyyatda olduğu 41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsinin 43 saylı məntəqəsindən daşınan seçki qutusu aparılıb. 104 yaşlı Alya Musayeva evində səs verib.

41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsinin 43 saylı məntəqəsində 773 seçici qeydiyyatdadır.

Rayonun Faxralı kənd sakini, 106 yaşlı Qəhrəmanova Həvva Yunis qıznın evinə isə qeydiyyatda olduğu 45 saylı məntəqənin əməkdaşları tərəfinfən daşınan seçki qutusu aparılıb. 1918-ci il təvəllüdlü Həvva Qəhramanova evində səs verib.