"Qarabağ" Çempionlar Liqası ilə vidalaşdı -
"Viktoriya" (Plzen) - "Qarabağ" oyunu başa çatıb.
Birxeber xəbər verir ki, qarşılaşma "Viktoriya"nın (Plzen) 2:1 hesabı ilə başa çatıb.
"Köhlən atlar" mübarizəni Avropa Liqasının qrup mərhələsində davam etdirəcək.
***
00.29
"Viktoriya" (Plzen) - "Qarabağ" oyununda hesab növbəti dəfə dəyişir.
Birxeber xəbər verir ki, rəqibin oyunçusu Kliment qarşılaşmanın 73-cü dəqiqəsində komandasını hesabda önə çıxarır.
***
00.15
"Viktoriya" (Plzen) - "Qarabağ" oyununda hesab bərabərləşib.
Birxeber xəbər verir ki, rəqibin oyunçusu Kopiç qarşılaşmanın 58-ci dəqiqəsində komandasının bərabərlik qolunu vurub.
***
23.39
"Viktoriya" (Plzen) - "Qarabağ" oyununda hesab açılıb.
Birxeber xəbər verir ki, "köhlən atlar"ın oyunçusu Filip Ozobiç qarşılaşmanın 38-ci dəqiqəsində "Qarabağ"ın ilk qolunu vurur.
***
23.00
Çexiyada UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində "Viktoriya" (Plzen) - "Qarabağ" oyununa start verilib.
Birxeber xəbər verir ki, qarşılaşma Plezendəki "Dusan Arena"da keçirilir.
Oyunu portuqaliyalı Artur Dias və həmyerlilərindən ibarət hakimlər briqadası idarə edir.
Qeyd edək ki, bu komandaların Bakıda qarşılaşmasında qol qeydə alınmayıb.
Birxeber