69 saylı Biləsuvar dairə seçki komissiyası üzrə 633 müşahidəçi seçkini izləyir

69 saylı Biləsuvar dairə seçki komissiyası üzrə 633 müşahidəçi seçkini izləyir

69 saylı Biləsuvar Dairə Seçki Komissiyası (DSK) üzrə 633 müşahidəçi seçkini izləyir.

DSK-nın sədri Əzizağa Hətəmovun "Birxeber.Az"un yerli bürosuna verdiyi məlumata görə, onlardan 629-u yerli, 4-ü isə beynəlxalq müşahidəçidir.

Onun sözlərinə görə, səhər saatlarından etibarən seçicilərin aktivliyi müşahidə olunur. Belə ki, saat 12:00-a olan məlumata görə, dairə üzrə 21 min 307 nəfər (39,8 faiz) səs verib.

Qeyd edək ki, 69 saylı Biləsuvar seçki dairəsi üzrə 46 seçki məntəqəsi var. Ümumilikdə, bu dairə üzrə 53 min 265 nəfər seçici qeydə alınıb. Onlardan 3 min 545 nəfəri ilk dəfə səs verəcək. 10 məntəqədə veb-kamera quraşdırılıb.