Novella Cəfəroğlu: Bu seçkilər əvvəlkilərdən seçici aktivliyi ilə fərqlənir

Novella Cəfəroğlu: Bu seçkilər əvvəlkilərdən seçici aktivliyi ilə fərqlənir

"Biz 500-dən çox müşahidəçi ilə 67 dairədə müşahidə aparırıq. Müşahidəçilərimiz respublikanın müxtəlif regionlarındadırlar. Onlar Sumqayıtda, Qarabağda, Naxçıvanda, Qazaxda, Masallıda və bir çox digər regionda müşahidələrini davam etdirirlər. Hələ ki ciddi nöqsanlara rast gəlinməyib, lakin biz müşahidələrimizi davam etdiririk. Aktivlik yüksəkdir".

Bunu növbədənkənar prezident seçkilərinin gedişi ilə bağlı Birxeber.Az-ya açıqlamasında “Mənim səsim” Seçki Monitorinq Koalisiyasının həmtəsisçisi Novella Cəfəroğlu deyib.

Onun sözlərinə görə, bu seçkilər əvvəlkilərdən seçici aktivliyi ilə fərqlənir: “İnsanların aktiv iştirakını müşahidə edirik. Mən bu aktivliyi bir 2003-cü ildə görmüşdüm, bir də indi görürəm. Mənə elə gəlir ki, millət əldə etdiyimiz qələbəni saxlamaq üçün hamımızın birlikdə olmasını başa düşür. Bizi hər tərəfdən sıxışdırmağa çalışanlar var, amma millətimizin bu aktivliyi bir daha göstərir ki, biz birlikdəyik, daim də birgə olacaq, qələbəmizi müdafiə edəcəyik”.