İstanbulda məhkəmə binasına silahlı hücum edən 2 nəfər öldürülüb, atışmada 3 polis yaralanıb - VİDEO

İstanbulda məhkəmə binasına silahlı hücum edən 2 nəfər öldürülüb, atışmada 3 polis yaralanıb - VİDEO

İstanbulda məhkəmə binasında silahlı insident olub.

APA NTV-yə istinadən xəbər verir ki, polis əməkdaşlarına silahlı hücum edən 2 nəfər öldürülüb, 3-ü polis olmaqla 5 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Daxili işlər naziri Ali Yerlikaya binanın mühafizəsinin gücləndirildiyini bildirib.

O, öldürülən silahlı şəxslərdən birinin qadın, birinin kişi olduğunu söyləyib.