Tbilisidə məktəbdə bomba təhlükəsi ilə bağlı şagirdlər təxliyə edilib

Tbilisidə məktəbdə bomba təhlükəsi ilə bağlı şagirdlər təxliyə edilib

Tbilisidə özəl məktəbin şagirdləri və müəllimləri bomba təhlükəsi ilə bağlı yayılan məlumatlara görə təxliyə edilib.

"Birxeber.Az" xəbər verir ki, bu barədə “Rustavi 2” telekanalı məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Qeyd edilib ki, binaya baxış zamanı bomba xəbərinin yalan olduğu üzə çıxıb.