AFFA-nın təşkilatçılığı ilə UEFA B kursunun I mərhələsi başlayıb

AFFA-nın təşkilatçılığı ilə UEFA B kursunun I mərhələsi başlayıb

AFFA-nın təşkilatçılığı ilə UEFA B kursunun I mərhələsi başlayıb.

“Report” xəbər verir ki, AFFA-nın Təhsil və Reabilitasiya mərkəzində baş tutan məşğələ fevralın 8-dək davam edəcək.

Kurs AFFA Təhsil proqramının rəhbəri Aslan Kərimov və təlimatçı Osman Rəhimovun iştirakı ilə keçirilir. Məşğələdə Azərbaycan millisinin sabiq futbolçuları Vüqar Nadirov və Elvin Məmmədov də iştirak edirlər.

Qeyd edək ki, UEFA B kursunun II modulu martın 4-7-si aralığında keçiriləcək.