Qazaxıstanda qatar iki dəmiryolçunu vuraraq öldürüb

Qazaxıstanda qatar iki dəmiryolçunu vuraraq öldürüb

Qazaxıstanda iki dəmiryolçu qatarın vurması nəticəsində həlak olub.

“Report” xəbər verir ki, bu barədə “Qazaxıstan Dəmir Yolları” şirkətinin mətbuat xidməti məlumat yayıb.

“Yanvarın 21-də saat 07:27-də (Bakı vaxtı ilə 05:27) Şıqanak-Şu mənzilinin Jideli-Bərlik hissəsində dəmiryol nəqliyyatının iki əməkdaşının iştirakı ilə hadisə baş verib, maşinist qəza əyləcinə bassa da, bədbəxt hadisədən qaçınmaq mümkün olmayıb”, – məlumatda diqqətə çatdırılıb.

Vəziyyəti aydınlaşdırmaq üçün şirkət komissiyası hadisə yerinə gedib.

Faktla bağlı araşdırmalara başlanılıb.