Restoranlarda "depozit" tələbi - Bütün bunlar qanun pozuntusudur

Restoranlarda "depozit" tələbi - Bütün bunlar qanun pozuntusudur
Bəzi restoranlarda vaxt keçirmək istəyən müştərilər bunun üçün öncədən depozit ödəməli olurlar. Təbii ki bu hal müştəriləri narazı salır. Maraqlıdır ki, restoranlar niyə depozit sistemi ilə işləyir? Digər bir məqam müştəri ilə sahibkarı üz-üzə qoyan depozit sisteminin qanuni olub-olmaması ilə bağlıdır.
birxeber.az bildirir ki, müştərilər yemək yeməmişdən əvvəl onlardan pul-depozit tələb olunur. Yəni müştəri az yada çox sifariş etməsindən asılı olmayaraq əvvəlcədən müəyyən edilən məbləği ödəməlidir.
Son vaxtlar depozitlə işləyən kafe və restoranların sayında artım müşahidə edilir. Belə ki, restorana daxil olan müştərilərdən, müxtəlif məbləğlərdə pul -yəni depozit istənir.
Sahibkarlar isə müştərilərin bu fikirləri ilə razılaşmırlar. Onlar bildirir ki, depozit təyin etməklərinin səbəbi var. Depozitli masalar ancaq ilin müxtəlif günlərində olur.
Ekspertlər isə hesab edir ki, bütün bunlar qanun pozuntusudur. Müştərilər əvvəlcədən məcbur edilə bilməz. Buna görə də hüquqları pozulan vətəndaşlar bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilərlər.