Londondakı səfirliyimizə hücum edənlərin lideri Yasir əl-Həbib kimdir? - DOSYE

Londondakı səfirliyimizə hücum edənlərin lideri Yasir əl-Həbib kimdir? - DOSYE

4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb.

Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər.

Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb. Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb.

Qeyd edək ki, səfirliyə hücum edən qrup Londonda fəaliyyət göstərən radikal görüşlü din xadimi Yasir əl-Həbibin tərəfdarları olub. Onun rəhbərlik etdiyi “Mehdinin Xidmətçiləri” təşkilatı bu hücumu reallaşdırıb. Küveyt əsilli radikal görüşlü din xadimi Yasir əl-Həbib (tam adı Yasir Yəhya Abdullah əl-Həbib – K.R.) İslam ölkələrində qalmaqallı və təfriqə salan şəxs kimi qəbul olunur.

Yasir əl-Həbib 1979-cu ildə Küveytdə anadan olub və ilk ali təhsilini Küveyt Universitetində alıb. Bu dövrdə siyasi fəaliyyətlə məşğul olub, eyni zamanda “Mehdinin Xidmətçiləri” adlı təşkilatı təsis edib. 

Adı çəkilən şəxs bu günə kimi ifrat görüşləri və xüsusən də İslam Peyğəmbərinin (s) səhabələri təhqir etdiyinə görə həbs edilib. Azad edildikdən sonra dini təhsil alıb, İranın Qum şəhərində radikal görüşlü şiə din xadimi Ayətullah Məhəmməd Rza Şirazinin tələbəsi olub. Şirazi ailəsi ilə qohum olan əl-Həbib Müctəba əl-Şirazinin kürəkənidir.

2008-ci ildən böyük Britaniyaya köçən əl-Həbib burada keçmiş kilsə binasını alaraq məscidə çevirib və radikal çıxışlarını burada edib. Eyni zamanda “Fədək” adlı telekanal açan əl-Həbib buradakı çıxışlarında Peyğəmbər (s) səhabələrini, həmçinin mötədil görüşlü şiə üləmasını təhqir etməsi ilə “məşhurlaşıb”. Əl-Həbib və tərəfdarlarının Məhəmməd Peyğəmbərin (s) həyat yoldaşı Aişə bint Əbu Bəkrin ölümü günündə bayram etməsi sünni və şiə dünyasında ciddi narazılıq doğurub. İran Ali dini lideri bunu pisləyib.

Yasir əl-Həbib isə buna cavab olaraq İran hakimiyyətini, o cümlədən Ayətullah Seyid Əli Xameneyini təhqir edərək onun əhli-sünnə müqəddəslərini təhqir edilməsini qadağan edən fətvasına görə “zalım” adlandırıb.

Öz növbəsində İranda fəaliyyət göstərən nüfuzlu üləma Yasir əl-Həbibi Böyük Britaniya kəşfiyyatına xidmət edən, “ingilis şiəsi” adlandıraraq fitnə yaymaqda günahlandırır. Əl-Həbibə görə, vəhdət tərəfdarı olan şiələr “bətri”, yəni xəyanət edənlərdir.

Qeyd edək ki, 4 avqustda baş verən Yasir əl-Həbib tərəfdarlarının hücum etdiyi ilk səfirlik deyil. 2018-ci ildə əl-Həbib tərəfdarları Londondakı İran səfirliyinə hücum edərək səfirlik binasındakı İran bayrağını endirərək özləri ilə gətirdikləri bayraqları sancıblar.

Birxeber
SİYASƏT SİYASƏT
Ərdoğanla Merkel görüşdü: "Fərqli düşüncələrimiz ola bilər, ancaq..."

Ərdoğanla Merkel görüşdü: "Fərqli düşüncələrimiz ola bilər, ancaq..."

SİYASƏT SİYASƏT
Azərbaycanla Qətər arasında viza rejimi ləğv edildi

Azərbaycanla Qətər arasında viza rejimi ləğv edildi

SİYASƏT SİYASƏT
Nazir Rusiya və Ermənistan XİN başçıları ilə görüşdə sərhədlərin delimitasiyasına dair danışıqlara başlamağın əhəmiyyətini vurğulayıb

Nazir Rusiya və Ermənistan XİN başçıları ilə görüşdə sərhədlərin delimitasiyasına dair danışıqlara başlamağın əhəmiyyətini vurğulayıb