Tovuzda ağır yanıq xəsarətləri alan qadın xəstəxanada dünyasını dəyişib 

Tovuzda ağır yanıq xəsarətləri alan qadın xəstəxanada dünyasını dəyişib 

Bədbəxt hadisə nəticəsində ağır yanıq xəsarətləri alan Tovuz sakini müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

"Birxeber.Az"un Qərb bürosunun məlumatına görə, 1996-cı il təvəllüdlü A.Abbasova göstərilən tibbi yardımlara baxmayaraq müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, mərhum yaşadığı evdə suqızdırıcısının partlaması nəticəsində ağır dərəcəli yanıq xəsarətləri almışdı.

Faktla bağlı araşdırma aparılır.