Şəmkir sakinini güllələməkdə şübhəli bilinən qardaşlar saxlanılıb - YENİLƏNİB

Şəmkir sakinini güllələməkdə şübhəli bilinən qardaşlar saxlanılıb - YENİLƏNİB

Şəmkir Rayon Polis Şöbəsinə rayon sakini, 1997-ci il təvəllüdlü Zabil Aslanovun odlu silahdan atəş açılması nəticəsində bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Bu barədə "Birxeber.Az"un yerli bürosuna DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

Onun sözlərinə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən rayon sakini Babək Bayramlı və qardaşı Bahəddin Bayramlı şübhəli şəxs qismində saxlanılıb. Bahəddin Bayramlının avtomobilinə baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov” markalı avtomat aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

09:27

Şəmkir rayonunun Şiştəpə kənd sakini, 1997-ci il təvəllüdlü Z.Aslanov güllə xəsarəti alıb.

"Birxeber.Az"un Qərb bürosunun məlumatına görə, hadisə adıçəkilən kəndin ərazisində qeydə alınıb.

O, xəstəxanaya yerləşdirilib. Hadisənin səbəbi hələ ki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.