Azərbaycan qaz kondensatının istehsalını artırıb

Azərbaycan qaz kondensatının istehsalını artırıb

Ötən il Azərbaycan 5 215,84 min ton qaz kondensatı hasil edib ki, bu da illik müqayisədə 3,92% çoxdur.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə Azərbaycanda istehsal edilən qaz kondensatının 5 190,25 tonu əmtəəlik məhsulun payına düşüb ki, bu da illik müqayisədə 4,06% artım deməkdir.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycan 5 019,33 min ton qaz kondensatı hasil edib ki, bu da illik müqayisədə 6,04% azdır. 2022-ci ildə ölkədə istehsal edilən qaz kondensatının 4 987,89 tonu əmtəəlik məhsulun payına düşüb ki, bu da illik müqayisədə 6,3% azdır.