Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər

Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər

NATO Baş katibi Yens Stoltenberq 2024-cü ildə vəzifəsini tərk etdikdən sonra “Eurofighter” qırıcısının pilotu ola biləcəyi ilə bağlı zarafat edib.

“Birxeber.Az” TASS-a istinadən xəbər verir ki, bu barədə o, Almaniya Hərbi Hava Qüvvələrinin Lage şəhəri yaxınlığındakı aviabazada yerləşən 73-cü “Ştaynhoff” aviasiya eskadrilyasına səfəri zamanı jurnalistlərə açıqlamasında bildirib.

“Bəlkə də bu, NATO-dakı 10 illik fəaliyyətimi bitirəndən sonra məşğul olacağım şeydir”, - o, “Eurofighter”də uçduqdan və hətta, özünün dediyi kimi, iki dəfə şturvalı sərbəst idarə etdikdən sonra deyib.

NATO-nun mətbuat xidməti Stoltenberqin çıxışını canlı yayımlayıb.