Bu gün İsrailin xarici işlər naziri Türkiyəyə səfər edəcək

Bu gün İsrailin xarici işlər naziri Türkiyəyə səfər edəcək

İsrailin xarici işlər naziri Yair Lapid bu gün Türkiyəyə səfər edəcək.

“Birxeber” “TRT Haber”ə istinadən xəbər verir ki, o, həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək.

Qarşılıqlı olaraq səfirlərin təyin olunması görüşün əsas mövzularından biri olacaq.

Bundnan başqa, nazirlər ikitərəfli və regional məsələləri müzakirə edəcəklər.

Qeyd edək ki, bu, 16 ildən sonra İsrail xarici işlər nazirinin Türkiyəyə ilk səfəridir.